
Məruzəçi əvvəlcə hipotiroidizm xəstəliyi barədə məlumat verib. Qeyd edib ki, bu, qalxanabənzər vəzinin zəif işləməsi nəticəsində yaranan xəstəlikdir. Hipotiroidizmin nəticələrinə yavaş metabolizm, yorğunluq, şişkinlik, depressiya, qaraciyər funksiyasının azalması, oynaq və ya əzələ problemləri daxildir. Professor Sibel Taş hipotiroidizmin patofizioloji mexanizmlərini, müxtəlif eksperimental modelləri təqdim edib. O, həmçinin, hipotiroidizmin induksiyası üçün pəhriz, cərrahi müdaxilə, dərman istifadəsi, genetik, radioaktiv və immunoloji modellərin tətbiqinin əhəmiyyətini vurğulayıb. Hipotiroidizmin müxtəlif klinik formalarda özünü göstərdiyini, həmçinin tiroid hormon çatışmazlığının müxtəlif orqan və toxumalara təsir edərək, morfoloji və klinik əlamətlərin müxtəlifliyinə səbəb olduğunu vurğulayıb.
Seminarın sonunda hipotiroidizmin diaqnozu və müalicəsi mövzusunda çalışan tədqiqatçılara eksperimental modellər və laboratoriya nəticələrinin təhlili ilə bağlı tövsiyələr verilib.
Tehsil-press.az