
Təlimdə ətraf mühitin monitorinqi üçün müxtəlif bioloji obyektlərin istifadəsi ilə bağlı türkiyəli professorların məruzələri dinlənilib. Türkiyəli alimlər elmdə qəbul edilmiş test obyektləri üzərində laborator şəraitdə ustad dərsi keçiblər.
Biologiya fakültəsinin professorları Ege Universitetinin Fənn fakültəsində olub, fakültə dekanı Dinçer Ayaz, Biologiya fakültəsinin bölüm rəhbəri Kerim Çiçek, Molekulyar biologiya laboratoriyasının müdiri professorlar İsmayıl Türkan, Ferah Sayım, Esra Ömeroglu və digər alimlərlə görüşüblər.
Görüşlərdə BDU ilə Ege Universitetinin birgə beynəlxalq layihələr işləməsi, ikili diplomların, tələbə-müəllim mübadiləsinin həyata keçirilməsi haqqında müzakirələr aparılıb. Ege Universitetində bu istiqamətdə görülən işlər barədə məlumat verilib. BDU alimləri Molekulyar biologiya laboratoriyası ilə də tanış olublar.
Təlim müddətində Özbəkistan, Qırğızıstan və Qaraqalpaq alimləri ilə görüşlər olub və əməkdaşlıq istiqamətində müzakirələr aparılıb.
Tehsil-press.az