
Müəllimlər Türkiyənin Bursa şəhərində yerləşən Uludağ Universitetində magistratura səviyyəsi üzrə təhsil alan tələbələrə “Bina və konstruksiyaların zəlzələyə dayanıqlılığı” mövzusunda seminarlar keçiriblər.
Həmçinin Uludağ Universitetinin İnşaat fakültəsinin dekanı professor Adem Doğangünlə görüş keçirilib. Görüşdə hər iki universitetin professor-müəllim heyətinin qarşılıqlı stajkeçmə imkanları ilə bağlı məsələlər müzakirə edilib.
AzMİU-nun əməkdaşları Uludağ Universitetinin Karyera Mərkəzində də olublar və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
Tehsil-press.az