
Əsas vəzifə və funksional öhdəliklər:
Universitetin insan resursları siyasətinin və strategiyasının hazırlanması və tətbiqinə rəhbərlik;
Professor-müəllim və inzibati heyətin işə qəbulu, əmək müqavilələrinin idarə olunması;
Əmək qanunvericiliyinə uyğun sənədləşmə və uçot sistemlərinin təşkili;
Dövlət orqanlarına hesabatların hazırlanması və təqdimatına nəzarət;
Şöbə əməkdaşlarının fəaliyyətinin koordinasiyası və inkişafı;
Məzuniyyət, şəxsi işlər, əmək kitabçaları və digər kadra dair sənədlərin idarə edilməsi;
Rəhbərliyin göstərişlərini vaxtında və keyfiyyətlə icra etmək;
Rəqəmsal HR sistemləri və müasir yanaşmalarla işləmək.
Namizədə tələblər:
Hüquq, idarəetmə, insan resursları və ya əlaqədar sahə üzrə ali təhsil;
İnsan resursları sahəsində minimum 5 il təcrübə, rəhbər vəzifədə azı 2 il;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və digər aidiyyəti normativ sənədlər üzrə dərin biliklər;
Yüksək təşkilatçılıq bacarığı, analitik düşüncə, liderlik, strateji planlaşdırma və ünsiyyət bacarığı;
Rus və ingilis dillərində yazı və danışıq səviyyəsində bilik;
MS Office (xüsusilə Word və Excel) üzrə yüksək səviyyədə bilik;
Sənədlərlə işləmək və rəsmi yazışmalar aparmaq bacarığı.
Əmək haqqı:
Müsahibə əsasında təcrübə və bacarığa uyğun olaraq razılaşdırılacaq
İş rejimi və iş yeri:
Tam ştat, Həftəiçi 5 gün (09:00 – 18:00), nahar fasiləsi (13:00 – 14:00)
İş yeri: Mingəçevir Dövlət Universiteti, Mingəçevir şəhəri
Müraciət forması:
CV və motivasiya məktubunuzu [email protected] ünvanına göndərin.
E-poçtun mövzu hissəsində “İnsan Resursları şöbəsinin müdiri” yazılmalıdır.
Tələb olunan sənədlər:
CV
Diplom və sertifikatların surəti
Tövsiyə məktubu
Son müraciət tarixi: 31 may 2025-ci il
Mingəçevir Dövlət Universiteti insan resurslarının idarə edilməsində çevik və müasir yanaşmaları tətbiq edəcək, komandaya liderlik edəcək təcrübəli İnsan Resursları şöbəsinə müdir axtarır
Tehsil-press.az