Mədət Quliyevin yerinə yeni prezident seçildi - FOTO

Mədət Quliyevin yerinə yeni prezident seçildi - FOTO Azərbaycan Velosiped Federasiyasının yeni prezidenti müəyyənləşib.

Bu gün Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən federasiyanın növbədənkənar ümumi yığıncağında Zaur Axundov prezident seçilib.

O, eyni zamanda “Silk Way” Şirkətlər Qrupuna rəhbərlik edir.

Federasiyanın I vitse-prezidenti Sahib Ələkbərov, vitse-prezidentlər isə Robert Eyyubov və Fikrət Hüseynov olublar.

Xatırladaq ki, qurumun bundan əvvəlki prezidenti Mədət Quliyev ötən həftə istefa vermişdi. O, xidmət apardığı Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar federasiyadan getmişdi.

Mədət Quliyevin yerinə yeni prezident seçildi - FOTO


Tehsil-press.az

Oxşar xəbərlər