AMEA-nın yeni vitse-prezidenti seçilib - Rasim Əliquliyev

AMEA-nın yeni vitse-prezidenti seçilib - Rasim Əliquliyev Azərbaycan Milli Elmlər Akademiyasının akademik katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev akademiyanın vitse-prezidenti seçilib.
Bununla bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında gizli səsvermə keçirilib.
Səsvermənin nəticələrinə əsasən, R.Əliquliyev 1 səs əleyhinə olmaqla, vitse-prezident seçilib.
Seçkidə akademiyanın yalnız həqiqi üzvləri iştirak edib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə hesab edir ki, R.Əliquliyevin yeni təyinatı elmimizin inlişafına töhfə verəcək.

Tehsil-press.az



Oxşar xəbərlər