Mədət Quliyev istefa verdi

Mədət Quliyev istefa verdi Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib.

Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəldiyi bildirilir.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidenti idi.

Tehsil-press.az

Oxşar xəbərlər