Bu məktəbin şagirdi ikiqat qızıl medalçı oldu

Bu məktəbin şagirdi ikiqat qızıl medalçı oldu Lənkəran rayonu Liman şəhər 2 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Xasiyeva Ülviyyə Şahin qızı Respublika Fənn Olimpiadasında (RFO) Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 1-ci yeri qazanıb və qızıl medala layiq görülüb.

Ülviyyə bununla da RFO-nun ikiqat qızıl medalçısı olub.

Belə ki, Ülviyyə Xasiyeva 2023-cü ildə RFO-da Azərbaycan dili və ədəbiyyatı fənni üzrə iştirak edərək qızıl medal qazanmışdı.

Tehsil-press.az

Oxşar xəbərlər