Bakı məktəblisi beynəlxalq turnirdə I yeri tutub

Bakı məktəblisi beynəlxalq turnirdə I yeri tutub Paytaxt məktəblisi Gürcüstanda idmanın kikboksinq növü üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb.
232 nömrəli tam orta məktəbin V sinif şagirdi Fəhmin İdrisov 33 kiloqram çəki dərəcəsilə bütün rəqibləri üzərində qələbə qazanıb.
F.İdrisov medal və diplomla təltif olunub.
Yarışda məktəblimizin məğlub etdiyi rəqibləri arasında 2 erməni idmançı da olub.
Qeyd edək ki, 7 ildir ki, kikboksinq idman növü ilə məşğul olan istedadlı məktəbli bir sıra ölkədaxili və beynəlxalq turnirlərə qatılıb. Türkiyə və Gürcüstanda təşkil olunan beynəlxalq turnirlərdə dəfələrlə qızıl medala layiq görülüb. Ümumilikdə, 28 yarışda iştirak edən F.İdrisov 22 qızıl, 4 gümüş və 2 bürünc medal qazanıb.

Tehsil-press.az

Oxşar xəbərlər