
Açılış mərasimindən öncə ADU rəhbərliyi və konfrans iştirakçıları Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
ADU kollektivi və dünyanın bir sıra xarici ölkələrindən olan nüfuzlu ali təhsil müəssisələrinin rəhbərləri, elm, mədəniyyət, ictimaiyyət nümayəndələri Ulu öndər Heydər Əliyevin və onun xanımı, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarüstü abidəsi önünə əklil və gül dəstələri qoyublar.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “HEYDƏR ƏLİYEV: MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEOLOGİYASI” VIII Beynəlxalq elmi konfransa dünyanın 8 ölkəsindən qırxdan artıq nümayəndə iştirak edir.
Tehsil-press.az