“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda beynəlxalq konfrans keçiriləcək

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda beynəlxalq konfrans keçiriləcək Mayın 7-də Azərbaycan Dillər Universiteti tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda IV beynəlxalq elmi konfrans keçiriləcək.
“Heydər Əliyevin azərbaycançılıq ideologiyası və multikulturalizm modeli”, “Qloballaşan dünyada dillərin və mədəniyyətlərin dialoqu”, “Müasir beynəlxalq münasibətlər və multikulturalizm”, “Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu” istiqamətlərini əhatə edəcək konfrans Azərbaycan, ingilis və rus dillərində təşkil olunacaq. “Zoom” platformasında keçiriləcək konfransda iştirak etmək istəyənlər tezislərini aprelin 25-dək [email protected] elektron ünvanına göndərə bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər