Təhsil işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
Mayın 7-də Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin kollektivi müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.