Ulu Öndər Heydər Əliyevin ideyaları əbədiyaşardır

Ulu Öndər Heydər Əliyevin ideyaları əbədiyaşardır Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə UNEC kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb.
Tədbirdə UNEC-in prorektoru dosent Şaiq Əsgərov Ümummilli Lider Heydər Əliyevin ölkəmizin dövlətçilik tarixində müstəsna xidmətlərindən, şəxsiyyətinin böyüklüyündən danışıb. O, Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin əhəmiyyətini diqqətə çatdırıb.
YAP Səbail rayon təşkilatının “İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hikmət Babayev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın maraqlarını daim üstün tutmasından söz açaraq, Ulu Öndərin ideyalarının əbədiyaşar olduğunu vurğulayıb.
Professorlar Məhəbbət Paşayeva, Vəkil Həsənov dahi rəhbər Heydər Əliyevin zəngin dövlət idarəçilik təcrübəsindən, böyük xilaskarlıq missiyasından bəhs ediblər.
Sonra Ümummilli Lider Heydər Əliyevə həsr edilən videoçarx nümayiş olunub.

Tehsil-press.az

Oxşar xəbərlər