
Bu barədə məlumatı Pakistanın informasiya naziri Attaullah Tarar açıqlayıb.
Onun sözlərinə görə, Hindistan tərəfi ağ bayraq qaldıraraq məğlubiyyətini etiraf edib.
Məlumata görə, Pakistan Ordusunun nəzarət xətti boyunca düşmən postlarına ciddi zərbə vurması Hindistan ordusunun Çora kompleksi postunda ağ bayraq asmasına səbəb olub.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dara zəng edərək Hindistanın əsassız hərbi təcavüzünə qarşı Pakistanla həmrəy olduğunu bildirib.
Tehsil-press.az