Elmar Məmmədyarov: Hindistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir

Elmar Məmmədyarov: Hindistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir Hindistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəkləyir.
Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın xarici işlər naziri Suşma Svaradj ilə keçirilən görüşdən sonra mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu gün keçirilən görüşlər zamanı hindistanlı həmkarına Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib: “Mən deyə bilərəm ki, həm Qoşulmama Hərəkatı çərçivəsində, həm də digər sənədlərdə Hindistan Azərbaycanın mövqeyini dəstəkləyir”.

Tehsil-press.az

Oxşar xəbərlər