
O, tədbirə mərkəzində 80 əyyarlıq və kənarları daha kiçik brilyantlarla bəzədilmiş boyunbağı ilə qatılıb.
Zinət əşyası "Ouşenin 8 rəfiqəsi" filmində amerikalı aktrisa Enn Heteueyin taxdığı boyunbağının oxşarıdır. Bu zərgərlik parçası Navanaqar Maharacasına məxsus ən bahalı "Cartier" boyunbağının surətidir.
Qeyd edək ki, İşa Mukeş Ambaninin yeganə qızıdır. 2008-ci ildə "Forbes" onu ən zəngin gənc varislər siyahısına daxil edib. 2018-ci ildə o, milyarder Anand Piramal ilə ailə qurub. 2022-ci ildə cütlüyün əkiz uşaqları dünyaya gəlib.
Tehsil-press.az