
Dünən Elçibəyin oğlu Ərturqut Əliyevin övladları doğulub.
Körpələrdən biri qız, digəri isə oğlandır.
Məlumatı saytımıza ailənin yaxını Çingiz Özgür təsdiq edib. O bildirib ki, əkizlər dünən Bakı Sağlamlıq Mərkəzində doğulub: "Vaxtından əvvəl doğulduqları üçün körpələr hazırda küvəzdə saxlanılır”.
Qeyd edək ki, Ərturqut Əliyev Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızı Aytək Yusifli ilə 2021-ci ildə ailə həyatı qurub.
Tehsil-press.az