
Müsabiqənin məqsədi Ümummilli Lider Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsini təşviq etmək, tələbələrin dil bacarıqlarını inkişaf etdirmək, yaradıcılıq və analitik düşünmə qabiliyyətlərini stimullaşdırmaqdır.
Biologiya fakültəsinin dekanı Afət Məmmədova Ulu Öndər Heydər Əliyevin zəngin irsini gələcək nəsillərə çatdırmağın vacibliyini vurğulayıb. İngilis dili kafedrasının müəllimi İradə Cəfərova müsabiqənin şərtləri və hazırlıq mərhələləri barədə ətraflı məlumat verib.
Final mərhələsində 11 ən yaxşı işin təqdimatı edilib. Tələbələr hazırladıqları esselərlə Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsindəki rolu, liderlik keyfiyyətləri, milli-mənəvi dəyərlər, azərbaycançılıq ideologiyası haqqında fikirləri və gələcək nəsillərə tövsiyələri barədə fikirlərini ifadə ediblər.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, I yerə Ayan Hüseynzadə (“Heydar Aliyev-across the globe”), II yerə Nərmin Quliyeva (“National leader and development of healthcare”), III yerə isə Nəzrin Əlizadə (“Heydar Aliyev youth pass to leadership”) layiq görülüb. Qaliblər xüsusi sertifikat və hədiyyələrlə təltif olunublar.
Sonda tələbələrin ifasında bədii proqram nümayiş olunub.
Tehsil-press.az