
Debat tələbələrin ingilis dilində hazırladığı təqdimatlar əsasında reallaşıb. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif mərhələləri, həmçinin Heydər Əliyevin gənclər siyasəti, onun gənclərə göstərdiyi diqqət və qayğı tələbələr tərəfindən layihə əsaslı qrup işi kimi təqdim olunub.
Tələbələr dahi şairimiz Səməd Vurğunun "Azərbaycan" şeirini ingilis dilində söyləyib, "Odlar yurdum Azərbaycan" mahnısını ifa ediblər.
Universitetin rektor məsləhətçisi Anar Osmanlı, fakültə dekanı professor Fikrət Cahangirov, kafedra müdiri dosent Kifayət Hacıyeva, kafedra əməkdaşları və digər iştirakçılar debatla bağlı fikirlərini bölüşüb, təşkilatçılara və iştirakçılara təşəkkürlərini bildiriblər.
Tehsil-press.az