“Heydər Əliyev - BDU-nun dünyaşöhrətli məzunu” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Heydər Əliyev - BDU-nun dünyaşöhrətli məzunu” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb Bakı Dövlət Universitetinin (BDU) tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev - BDU-nun dünyaşöhrətli məzunu” adlı esse müsabiqəsinin nəticələri elan edilib.
Müsabiqəyə 70-dən artıq esse təqdim olunub. Esselər Müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.
Komissiyanın qərarı ilə Tarix fakültəsinin II kurs magistrantı Nuridə Süleymanova I, Mexanika-riyaziyyat fakültəsinin III kurs tələbəsi Zeynəb Hacıyeva II, Jurnalistika fakültəsinin IV kurs tələbəsi Əsgər İsmayılov III yerə layiq görülüblər. Jurnalistika fakültəsinin III kurs tələbəsi Nəzrin Gəncəliyeva və Filologiya fakültəsinin II kurs tələbəsi Almaz Məmmədova isə həvəsləndirici yerləri qazanıblar.
Qalib esse müəlliflərinə diplom, pul mükafatı və hədiyyələr verilib.
Qalib elan edilmiş esselər BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində yer alacaq.

Tehsil-press.az


Oxşar xəbərlər