Cari ilin mart ayından başlayan müsabiqənin birinci mərhələsində iştirak edən 25 nəfər III kurs tələbəsi birincilik uğrunda mübarizə aparıb.
Müsabiqədə universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Tərcümə fakültəsinin dekanı Zərinə Aslanova, İngilis dilinin tərcüməsi kafedrasının müdiri Tamilla Əmirova və tələbə-müəllim heyəti iştirak edib.
Müsabiqənin yekun mərhələsində tərcümə bacarığı yüksək qiymətləndirilən tələbələr sertifikatlarla mükafatlandırılıb
Tələbələrdə ardıcıl tərcüməni inkişaf etdirmək məqsədi daşıyan müsabiqənin ilk üç yerini tutan və xüsusi fərqlənmə ilə təltif olunan tələbələrə pul mükafatı verilib.
ADU-nun Mətbuat Xidməti


