Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş elmi konfrans

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş elmi konfrans Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Məktəbəqədər təhsil fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş növbəti elmi konfransı keçirilib.
Professor Şəhla Əliyeva tədbirin əhəmiyyətini vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.
Dosent Şəfaqət Baxışova Heydər Əliyevin həyat və yaradıcılığı haqqında məruzə edib. Digər çıxış edənlər Ümummilli Liderin təhsilin inkişafına verdiyi töhfələrdən və tələbə elmi işlərinin əhəmiyyətindən danışıblar.
Tədbir bölmə iclasları ilə davam edib.
Sonda tələbələr diplomlarla təltif olunublar.

Tehsil-press.az


Oxşar xəbərlər