Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin IV kurs tələbəsi Talib Zeynalov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən parapauerliftinq üzrə dünya kubokunda II yeri qazanıb. O, +107 kiloqram çəki dərəcəsində ümumi qaldırmada gümüş medala layiq görülüb.Tələbəmiz ən yaxşı qaldırmada da fərqlənib. Belə ki, Talib Zeynalov şəxsi rekordunu 2 kiloqram yeniləyərək, 157 kiloqram nəticə göstərib.
Tələbəmizi təbrik edir, uğurlar arzulayırıq!
Tehsil-press.az








.jpg)





