
Kikboksinqin “lou kik” növündə 75 kiloqram çəki dərəcəsində çıxış edən Ramal Aslanov finalda Türkiyə idmançısı Ünal Alkayışla qarşılaşıb.
Qeyd edək ki, Ramal Aslanov 2012 və 2019-cu illərdə Gənclər və İdman Nazirliyi tərəfindən kikboksinq üzrə ilin ən yaxşı idmançısı seçilib. O, 2015-ci ildə “İdman ustası”, 2017-ci ildə isə “Əməkdar idman ustası” fəxri adlarına layiq görülüb.
Tehsil-press.az