BDU tələbəsi Xədicə Zeynallı kapoeyra üzrə Avropa çempionu olub

BDU tələbəsi Xədicə Zeynallı kapoeyra üzrə Avropa çempionu olub Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin tələbəsi Xədicə Zeynallı Almaniyanın Münhen şəhərində keçirilən "Bimba Open Europe" beynəlxalq kapoeyra turnirində qadınlar arasında "Amadora Feminino" kateqoriyasında I yerə layiq görülərək, Avropa çempionu adını qazanıb.

Qeyd edək ki, o, 2024-cü ilin iyun ayında Macarıstanın paytaxtı Budapeştdə keçirilən kapoeyra üzrə Avropa çempionatında bürünc medal, oktyabr ayında Bakıda keçirilən Solo Kapoeyra üzrə Bakı Turnirində “Peşəkar qızlar” kateqoriyasında gümüş medal qazanıb.

Tələbəmizi təbrik edir və gələcək fəaliyyətində uğurlar arzulayırıq!

Tehsil-press.az

Oxşar xəbərlər