Bakcell yeni baş icraçı direktorun təyin olunduğunu elan edir

Bakcell yeni baş icraçı direktorun təyin olunduğunu elan edir Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Nikolai Bekersin şirkətin yeni baş icraçı direktoru vəzifəsinə təyin olunduğunu elan edir.

Telekommunikasiya sahəsində bir sıra rəhbər vəzifələrdə çalışmış cənab Bekers Bakcell şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunmamışdan əvvəl Rumıniyada Almaniyanın “Deutsche Telekom” telekommunikasiya qrupunun baş icraçı direktoru vəzifəsində çalışıb. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə 20 illik zəngin beynəlxalq təcrübəyə malik olan cənab Bekers “T-Systems Fransa” şirkətinin prezidenti, “Makedonski Telecom” şirkətinin baş icraçı direktoru, “Deutsche Telecom France SAS” şirkətinin prezidenti vəzifələrində işləyib və İndoneziya, Malayziya, Sinqapur və Filippin kimi ölkələrdə telekommunikasiya sənayesi üzrə müxtəlif vəzifələrdə çalışıb. O, yeni layihələrin həyata keçirilməsi, biznesin inkişaf etdirilməsi, internet və mobil rabitə xidmətləri göstərən şirkət və müəssisələrin yenidən qurulması və strategiyanın planlaşdırılması mərhələsindən, bazara çıxış strategiyasının hazırlanması və korporativ mədəniyyətdə müsbət dəyişikliklərin həyata keçirilməsinə qədər müxtəlif sahələrdə uğurlu fəaliyyətinə görə fərqlənib.
Cənab Bekers INSEAD biznes məktəbinin və Köln Universitetinin MBA (Biznesin İdarə Edilməsi üzrə magistr) diplomuna sahibdir.
“Son zamanlar dünyada yaşanan çətin iqtisadi vəziyyət Azərbaycandan da yan keçməyib. Telekommunikasiya sahəsi Azərbaycan iqtisadiyyatında əhəmiyyətli yer tutur və şübhəsiz ki, mövcud iqtisadi durum bu biznes sahəsinin qarşısında da çətin və mürəkkəb vəzifələr qoyur. Buna baxmayaraq, Bakcell ölkənin telekommunikasiya bazarında olduqca güclü mövqeyə sahibdir və mən inanıram ki, biz öz şəbəkəmizə və təqdim etdiyimiz yeni xidmətlərə investisiya qoyuluşlarını davam etdirərək, bu çətinliklərin öhdəsindən gələcək və Bakcell şirkətinin peşəkar və səmimi işçi heyəti ilə birlikdə daha böyük və parlaq nəticələrə nail olacağıq”,- deyə Bakcell şirkətinin yeni təyin olunmuş baş icraçı direktoru cənab Nikolai Bekers bildirib.
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sü[email protected] ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.
Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.
5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sü[email protected] xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir. 250-yə yaxın pərakəndə satış nöqtəsi və paytaxt və bölgələrdə fəaliyyət göstərən 26 Müştəri Xidməti Mərkəzində Bakcell abunəçilərinə ən üstün müştəri xidməti göstərilir.
Son 4 il ərzində ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G Sü[email protected] xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4-cü Sü[email protected] brendinin - 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4-cü Sü[email protected] xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.


Tehsil-press.az

Oxşar xəbərlər