Cəbhə bölgələrindəki Bakcell abunəçilərinin nəzərinə!

Cəbhə bölgələrindəki Bakcell abunəçilərinin nəzərinə! Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti cəbhə bölgələrində vəziyyətin gərginləşməsi və əhalinin mobil rabitəyə artan ehtiyacını nəzərə alaraq, bu bölgələrdə yaşayan Bakcell abunəçilərinin balansına pulsuz dəqiqələr yükləyib.

Bu gündən etibarən Ağdam, Füzuli və Tərtər rayonları ərazisində yaşayan və ötən 30 gün ərzində mobil telefon nömrəsi aktiv olan (zəng qəbul edən və zəng edən) Bakcell abunəçiləri balanslarının 50 dəqiqə artırılması ilə bağlı qısa SMS alacaqlar. Həmin pulsuz dəqiqələr şəbəkədaxili zənglər üçün nəzərdə tutulur və aprel ayının sonuna qədər qüvvədədir! Bununla yanaşı, Bakcell cəbhə bölgələrində şəbəkənin keyfiyyətinə xüsusi nəzarət edir.

tehsil-press.az

Oxşar xəbərlər