
Abunəçilər hədiyyə dəqiqələrindən 1 ay ərzində istifadə edə bilərlər. 2 aprel 2016-cı il tarixindən Azercell-in texniki qrupu cəbhə bölgəsində kəsintisiz rabitəni təmin etmək üçün gərgin iş rejimində çalışır. Azercell-in hal-hazırda cəbhə xəttinə yaxın 70 stansiyası var. Onların 35 faizindən çoxu avtonom rejimdə çalışan generatorlarla təchiz edilib. Azercell-in işçi qrupu tam həcmli xidmət göstərmək məqsədilə cəbhə xətti boyunca və ətraf ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzərində çalışır.
tehsil-press.az