Lavrov erməni qadınları ilə zarafat etdi: Ünvanı desinlər, kifayətdir

Lavrov erməni qadınları ilə zarafat etdi: Ünvanı desinlər, kifayətdir Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri zamanı Rusiya-Ermənistan Universitetində çıxış edib.

Tələbələrlə sual-cavab zamanı S.Lavrov zarafat edib.

Moderator nazirə sual verməyi planlaşdıran iştirakçılardan adlarını, iş və ya təhsil yerini, ixtisaslarını qeyd etməyi istəyib. Nazir isə zarafatla cavab verib ki, ailə vəziyyətini göstərmək lazım deyil.

Əksəriyyəti gənc qızlardan ibarət olan dinləyicilər bunu gülüşlə qarşılayıblar.

Universitetin rektoru Edvard Sandoyan bu zarafatı bir qədər də dərinləşdirib. O deyib: "Bu məsələ yaraşıqlı qızlar üçün aktualdır".

Nazir yenə zalı canlandırıb: "O zaman ailə statusunu niyə göstərirlər ki, ünvanlarını desinlər, kifayətdir".

Tehsil-press.az


Oxşar xəbərlər