
Rekord nəticə göstərənlərin arasında Bakı şəhər 154 saylı tam orta məktəbin şagirdi Günay Mehman qızı Allahverdili də var.
154 nömrəli məktəbin direktoru Mahru Rəcəbova özünün feysbuk hesabında şagirdlə birgə şəklini paylaşaraq, onu təbrik edib.
"154 nömrəli tam orta məktəbin 9a sinif şagirdi Allahverdili Günay Mehman qızı buraxılış imtahanından 300 bal toplayaraq yüksək nəticə göstərib. Şagirdimizi təbrik edir, müvəffəqiyyətlər arzulayırıq!", - direktor yazıb.
Mahru Rəcəbova şagirdə məktəb adından "Təşəkkürnamə" və hədiyyə təqdim edib.
Tehsil-press.az