İmtahanda ən yüksək balı bu məktəbin şagirdləri TOPLADI

İmtahanda ən yüksək balı bu məktəbin şagirdləri TOPLADI Dövlət İmtahan Mərkəzi I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 14 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Əsədov Rüfət Raqif oğlu və Bakı şəhər 283 saylı orta məktəbin məzunu Məmmədli Əli Faiq oğlu göstərib. Hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 697 bal toplayan Bakı şəhər 57 saylı orta məktəbin məzunu Əlizadə Rəbiyyə Həsən qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 397 bal toplayıb.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (397 bal) 2 nəfər – Füzuli rayon Böyük Bəhmənli kənd 1 saylı orta məktəbin məzunu Abbasov Orxan Taleh oğlu və Gəncə şəhər 39 saylı orta məktəbin məzunu Hüseynova Nuray Emin qızı göstərib. Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni də 697 bal toplayan Hüseynova Nuray Emin qızı göstərib. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.

Tehsil-press.az

Oxşar xəbərlər