Röyanın Kann Festivalına qatılması kinorejissor, kinoşünas və senarist, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev tərəfindən birmənalı qarşılanmayıb.
Kinorejissor qeyd edib ki, istənilən şəxs həmin festivala qatıla bilər.
Ajans.az xəbər verir ki, müğənni Röya Ayxan Ayaz Salayevə sərt cavab verib. O, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Ay qaşqın, deyirlər rəhmətliklər diriliblər yenidən. Enerjiyə gəlmisiniz? Elə bilirsiniz gəlib mənə çatmır? Ayaz Salayev, başlayıram sizdən. Görəndə, salamlaşırsınız. Özünüzə gəlin! Mən öyrəşmişəm, ölənləri diriltməyə. Amma siz elə ölü qalın. Ay mən olmuşam, mən belə getdim. Bəli, birinci mənəm. Bəli, hər şeyin ən gözəlini layiqli şəkildə edən mənəm. Çünki oxuduğum kimi də ürəyim var. Bildin, hadi ordan!".
Tehsil-press.az