Paşinyan Azərbaycan haqda bunları DEDİ...

Paşinyan Azərbaycan haqda bunları DEDİ... Ermənistanın Baş naziri Nikol Paşinyan 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsi təşəbbüsünü müsbət qarşılayıb.

O, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Paşinyan bildirib ki, Ermənistan və Azərbaycanın EPC-yə ev sahibliyi üçün bir-birinin namizədliklərini qarşılıqlı şəkildə dəstəklədiklərini vurğulamaq vacibdir.

Bu qarşılıqlı yanaşma regional əməkdaşlıq və diplomatik münasibətlər baxımından önəmli addım kimi dəyərləndirilir.

"Mən EPC Sammitinin 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarını da alqışlayıram. Xüsusilə vurğulamaq lazımdır ki, Ermənistan və Azərbaycan EPC-yə ev sahibliyi etmək üçün bir-birinin namizədliyini qarşılıqlı şəkildə dəstəkləyiblər", - Deyə Paşinyan paylaşımında bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər