Aparıcı efirdə doğum sancıları keçirdi - FOTO

Aparıcı efirdə doğum sancıları keçirdi - FOTO ABŞ-nin Nyu-York ştatında fəaliyyət göstərən “CBS6 Albany” kanalının xəbər aparıcısı Olivia Jaquit doğum sancıları gəlməsinə baxmayaraq canlı efirdə 3 saatlıq xəbər buraxılışını başa çatdırıb.

Səhər proqramının digər aparıcısı Julia Dunn canlı yayımın əvvəlində tamaşaçılara belə müraciət edib:

“Bu səhər sözün əsl mənasında son dəqiqə xəbərimiz var. Olivianın övladı olur və o, hazırda aktiv doğum sancısı keçirərək xəbərləri təqdim edir”.

Jaquit isə efir zamanı bildirib:

“Burada olmaqdan məmnunam və mümkün qədər uzun müddət efirdə qalmağa çalışacağam”.

Spiker daha sonra “Times-Union” qəzetinə verdiyi açıqlamada xəstəxanada narahat gözləməkdənsə, işdə vaxt keçirməyi seçdiyini deyib.

Tehsil-press.az

Oxşar xəbərlər