SON DƏQİQƏ! Kəmaləddin Heydərov əmrlər imzaladı

SON DƏQİQƏ! Kəmaləddin Heydərov əmrlər imzaladı Fövqəladə Hallar Nazirliyinin (FHN) Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsində bir ildə üç rəis dəyişib.

2010-cu ildən Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışmış polkovnik Mustafa Dünyamalıyev ötən ilin may ayında vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət polkovniki Vüqar İsmayılov Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin edilib.

Əldə etdiyimiz məlumata görə, bir neçə ay rəis işləyən polkovnik Vüqar İsmayılov ciddi pozuntulara yol verdiyi üçün vəzifəsindən azad olunaraq, xidmətdən kənarlaşdırılıb.

Nazir bir müddət əvvəl polkovnik-leytenant Zaur Əliskəndərovu Nəsimi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin edib.

Qeyd edək ki, ötən ilin aprel ayında Nəsimi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini mayor Mirzə Hüseynov "TikTok" sosial şəbəkəsində canlı yayım açaraq qeyri-etik hərəkətlərə yol verdiyinə görə vəzifəsindən uzaqlaşdırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər