 Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.
	  Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib. Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.
Nazirin əmri ilə polkovnik-leytenant Vüsal Yolçiyev Salyan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunub.
Qeyd edək ki, Vüsal Yolçiyev bundan əvvəl Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini idi.
Tehsil-press.az
 
             
         
        
        



 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	 
	