Qəbulda vətəndaşların müraciətləri əsasən toxumluq arpa sahəsinin vaxtında aprobasiya olunması, işlə təminat, traktorun lizinq yolu ilə əldə olunmasına köməklik göstərməsi və digər məsələlərlə bağlı olub. AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və ölkəmizdə bu sahənin inkişafına təkan verəcəyini vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Vətəndaş qəbulu başa çatdıqdan sonra Agentlik sədri Qax rayonunun Turaclı kəndində fermer Həsən Tanrıverdiyevə məxsus fındıq bağına baxış keçirib, aqrotexniki tədbirlərin, o cümlədən zərərverici və xəstəliklərə qarşı mübarizə tədbirlərini vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.
Sonra Sərdar Hacıyev Qax rayonunun Turaclı kəndində fermer Yusif Tanrıverdiyevə məxsus balıq yetişdirmə təsərrüfatına, eləcə də Əmbərçay kəndində fəaliyyət göstərən Qax rayon Damazlıq İpəkçilik Stansiyasında hazırlanmış elit tut ipəkqurdu cinslərinin bəslənməsi prosesinə baxış keçirib.
Tehsil-press.az