
Sözügedən iddialarla bağlı Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, qeyd edilən məsələ ilə bağlı araşdırma aparılacaq və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Bu məsələ başqa bir sualı da meydana çıxarıb:
Ümumiyyətlə, məktəb direktorunun hər hansı sinifi bağlamaq və ya yeni sinif yaratmaq səlahiyyəti varmı?
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) verilən açıqlamada bildirilib ki, dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən dövlət ümumi təhsil müəssisəsində ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə siniflər şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir.
“Bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, sinif mövcud şagird sayı ilə təşkil edilir. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. İbtidai təhsil səviyyəsinin bir sinfində şagird sayı 10 nəfərdən az olduqda, həmin sinif ibtidai təhsil səviyyəsinin şagird sayı 10 nəfərdən az olan digər bir sinfi ilə birləşdirilərək komplekt siniflər təşkil olunur”,-deyə Agentlikdən bildirilib.
Tehsil-press.az