
Bu barədə İnsan Resursları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, sənəd yoxlanışına gələrkən aşağıda qeyd olunan sənədlər təqdim edilməlidir:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin əsli;
- əmək müqaviləsinə xitam verilməsinə dair arayış;
- əmək kitabçasının əsli.
Qeyd edək ki, sənəd yoxlanışı 1-2 iyul tarixlərində (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 71) təşkil olunacaq. Müəllimlər şəxsi səhifələrində qeyd olunan tarixdə sənəd yoxlanışında iştirak etmədiyi halda tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq.
Tehsil-press.az