Azərbaycan XİN-dən Paşinyana cavab - “Bu, yaxşı siyasət deyil”

Azərbaycan XİN-dən Paşinyana cavab - “Bu, yaxşı siyasət deyil” “Ermənistan 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyannaməyə əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır”.
Bu barədə Azərbaycan XİN-in tvitter hesabında Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı paylaşımına cavab olaraq bildirilib.
Bildirilib ki, 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanın Azərbaycanın digər əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində 3 buraxılış məntəqəsinin açılmasını təklif etdiyini deyib.

Tehsil-press.az

Oxşar xəbərlər