Türkiyə Prezidenti: Zəngəzur dəhlizi ilə bağlı çətinliklər İrandan qaynaqlanır

Türkiyə Prezidenti: Zəngəzur dəhlizi ilə bağlı çətinliklər İrandan qaynaqlanır Zəngəzur dəhlizinin açılması ilə bağlı çətinliklər Ermənistandan deyil, İrandan qaynaqlanır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikri Azərbaycandan qayıdarkən jurnalistlərə müsahibəsində səsləndirib.
“Zəngəzur dəhlizinin acıması ilə bağlı çətinliklər Ermənistanla deyil, İranla bağlıdır. Tehranın mövqeyi həm Azərbaycanı, həm də bizi məyus edir. Eyni zamanda, daşımalara çox yüksək rüsum tətbiq olunub. Ümid edirəm ki, bu problem yaxın zamanlarda həll olunacaq”, - deyə Türkiyə Prezidenti bildirib.
Onun sözlərinə görə, Tehranın bu məsələyə müsbət yanaşacağı təqdirdə Türkiyə, Azərbaycan və İran həm avtomobil, həm də dəmiryolu vasitəsilə bir-biri ilə inteqrasiya olunacaq. Rəcəb Tayyib Ərdoğan hesab edir ki, bu halda Pekindən Londona yol açıla bilər.
Azərbaycan Ermənistan ərazisindən keçərək Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizinin açılmasında israrlıdır. Dəhliz, eyni zamanda, Türkiyəni Azərbaycanla və Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək. İrəvan isə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli (Azərbaycan-Rusiya-Ermənistan) bəyanatda belə bir dəhlizin nəzərdə tutulmadığını iddia edərək layihənin müzakirəsindən yayınır.

Tehsil-press.az


Oxşar xəbərlər