Ərdoğan Paşinyanla bu məsələləri müzakirə edəcək

Ərdoğan Paşinyanla bu məsələləri müzakirə edəcək Oktyabrın 6-sı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi planlaşdırılır.
“Sabah” qəzeti görüş zamanı müzakirə edilməsi gözlənilən məsələləri açıqlayıb.
Ərdoğan Paşinyana iki ölkənin xüsusi nümayəndələri arasında görüşlərin üçüncü ölkələrdə deyil, növbəli şəkildə Türkiyə və Ermənistanda keçirilməsi, bölgədə gərginliyin yaşanmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində mesajlar verəcəyi gözlənilir.
Bununla yanaşı, görüş zamanı Zəngəzur dəhlizinin istifadəyə verilməsi məsələsi ətrafında fikir mübadiləsinin aparılacağı da qeyd olunub.

Tehsil-press.az


Oxşar xəbərlər