"Sumqayıt" yeni baş məşqçisini açıqladı - RƏSMİ

"Sumqayıt" klubu yeni baş məşqçisini rəsmən açıqlayıb.

"Kimyaçılar"ı bundan sonra Saşa İliç idarə edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Serbiyalı mütəxəssislə bağlanan müqavilənin detalları açıqlanmayıb.

47 yaşlı İliçin son iş yeri Rusiyanın "Pari" NN klubu olub. O, həmçinin "Çukariçki, Sofiya ÇSKA-sı və "Atromitos"u çalışdırıb.

Serbiyalı futbolçu karyerası ərzində "Partizan", "Selta" və "Qalatasaray" kimi klublarda çıxış edib. O, "Partizan"ın heyətində 500-dən çox oyuna çıxıb.

Tehsil-press.az

Oxşar xəbərlər