
Leyla Əfəndiyeya bu barədə "Facebook” hesabında paylaşım edib.
"Əzizlərim, yeni bir xəbər aldım. Albina sağdır”, - deyə o paylaşımında yazıb.
Albina Pyakşevanın adının açıqlanmasını istəməyən dostu da açıqlamasında müğəninin öldürülməsi barədə xəbərin yalan olduğunu bildirib.
"Caz ifaçısı Albina Pyakşevanın Meksika-ABŞ sərhədində öldürülməsi xəbəri həqiqəti əks etdirmir", – deyə o qeyd edib.
***
Azərbaycanlı müğənni Albina Pyakşeva dünyasını dəyişib.
Bu barədə Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva "Facebook" hesabında məlumat verib.
"Albina Pyaksheva (1993-cü il təvəllüdlü) Meksika ilə ABŞ sərhədində keçid məntəqəsini keçmək istəyərkən öldürülüb", - paylaşımda qeyd olunub.
Xatırladaq ki, Pyakşeva Bakı Caz Festivalı çərçivəsində gənc ifaçılar arasında keçirilən "I am Jazzman" müsabiqəsinin finalçısı olub, "Səs Azərbaycan" ("Azərbaycanın səsi") proqramında iştirak edib.
Tehsil-press.az