
Hüquqşünas Elşad İsayev açıqlamasında bildirib ki, bu məsələ Əmək Məcəlləsinin 233-cü maddəsi ilə tənzimlənir.
“Açıq havada temperatur 41 dərəcədən çox olduqda, yaxud qapalı, amma isidilməyən yerlərdə temperatur 14 dərəcədən aşağı olanda, işçilərə fasilə verilməli və iş müvəqqəti dayandırılmalıdır. Bu fasilələr iş vaxtı sayılır və işçiyə həmin vaxt üçün maaşı tarif üzrə tam ödənilir. Əgər iş tamamilə dayandırılarsa və bu, işçinin günahı ucbatından deyilsə, o zaman ona maaşın ən azı üçdə iki hissəsi ödənilməlidir”, – deyə hüquqşünas qeyd edib.
O əlavə edib ki, bu tələblərə əməl etməyən sahibkarlar inzibati qaydada məsuliyyətə cəlb edilə bilər.
Tehsil-press.az