Millətçilərin Azərbaycanla bağlı təsəvvürləri yanlışdır - Vali

Millətçilərin Azərbaycanla bağlı təsəvvürləri yanlışdır - Vali İranda türklər yaşayan bölgələrlə bağlı irəli sürülən fərziyyələr yersizdir.

Bunu Şərqi Azərbaycan valisi Bəhram Sərməst deyib.

"İranşəhri" millətçi cərəyanın isə Azərbaycan əyalətlərində separatçı və nasionalist cərəyanların təhlükəsi barədəki iddiaları həqiqəti əks etdirmir”, - vali bildirib.

O, təhlükəsizlik və təhdid əsaslı yanaşmaların bölgədə investisiya artımının qarşısını aldığını vurğulayıb:

"Azərbaycanın və Təbrizin müsbət atmosferinə olan inancımız bəzi iddialara baxmayaraq, tam inamla "Traktor"un çempionluq şənliyini Təbrizdə keçirməyimizə səbəb oldu və hamımız bu mərasim zamanı heç bir əks təsir və hərəkətlərin baş vermədiyinin şahidi olduq".

Tehsil-press.az

Oxşar xəbərlər