“Azərbaycanlıların kütləvi deportasiyası xəbəri yalandır” - Türkiyə səfiri

“Azərbaycanlıların kütləvi deportasiyası xəbəri yalandır” - Türkiyə səfiri “Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması xəbəri həqiqəti əks etdirmir”.
Bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral açıqlamasında deyib. O bildirib ki, dərc edilən məlumatlarla bağlı Türkiyədə araşdırma aparılıb:
“Bu gün bəzi xəbər saytlarında Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiya olunması ilə bağlı xəbər doğru deyil. Türkiyədə yaşayan azərbaycanlıların problemləri ilə bağlı məsələ iki gün əvvəl Bakıda Azərbaycanın Baş naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuad Oktayın sədrliyi ilə keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında müzakirə olunub və problemlərin həlli üçün lazımi addımların atılması barədə qərar qəbul edilib".

Tehsil-press.az

Oxşar xəbərlər