İstanbulun sabiq valisi həbs olunub

İstanbulun sabiq valisi həbs olunub Türkiyədə hərbi çevrilişə cəhdlə əlaqədar İstanbulun sabiq valisi Hüseyn Avni Mutlu həbs olunub.

Bu barədə Tehsil-press.az "Haber 7 " telekanalına istinadən məlumat verir. Onu evində axtarış aparıldıqdan sonra saxlayıblar. Keçmiş vali Fətullah Gülənin terror təşkilatına dəstək verməkdə ittiham edilir. Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.


Tehsil-press.az

Oxşar xəbərlər