Təsdiqləndi: Rusiya Azərbaycana məxsus obyekti vurdu

Təsdiqləndi: Rusiya Azərbaycana məxsus obyekti vurdu Rusiyanın hücumçu PUA-ları yenidən Odessanı hədəfə alıb.

Bu barədə Odessa Vilayət Dövlət Administrasiyasının sədri Oleq Kiper öz Telqram kanalında bilridib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələrinin aktiv fəaliyyətinə baxmayaraq, Odessa rayonunda zərbələrin nəticələri qeydə alınıb.

Oleq Kiper bildirib ki, hücum nəticəsində şəhər ətrafında yerləşən yanacaq-enerji infrastruktur obyektində və ikimərtəbəli binada yanğın baş verib.

Qeyd edək ki, ötən gecə Rusiya Silahlı Qüvvələrinin PUA-lar vasitəsilə hücumu nəticəsində SOCAR-ın yanacaqdoldurma məntəqəsində yanğın baş verib

Tehsil-press.az

Oxşar xəbərlər