Ukraynanın Odessa və Nikopol şəhərləri raket atəşinə tutulub.
Dnepropetrovsk Vilayəti Hərbi Administrasiyasının rəhbəri Valentin Rezniçenko özünün teleqram hesabında Nikopol şəhərinə 15 raketin atıldığını bildirib. Qeyd edib ki, raketlərin əksəriyyəti yaşayış ərazilərinə düşüb. Nəticədə 12 beşmərtəbəli bina və məktəb zərər görüb.
Raket hücumu nəticəsində baş verən dağıntılar altında qalanlar var. Hazırda xilasetmə işləri aparılır.
Bu gün səhər saatları Odessa vilayəti də Tu-95 strateji aviasiya təyyarəsi ilə vurulub.
Bu barədə Odessa Vilayəti Hərbi Administrasiyasının mətbuat katibi Sergey Bratçuk məlumat verib.
Bildirilib ki, raket hücumu zamanı dağıntılar qeydə alınıb. Həlak olan və xəsarət alanların olub-olmadığı araşdırılır.
Tehsil-press.az